Pandemiya dövründə əhaliyə güzəşt üçün “Azərişığ”a 4 milyon manat ayrılıb


SOSİAL 24 may 2021, 23:40
Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvt/s həcmində artırılması nəticəsində “Azərişıq” ASC-nin gəlirlərinin azaldılmasını tənzimləmək üçün vəsaitin ayrılması nəzərdə tutulub.

Demokrat.az
xəbər verir ki, bu barədə Hesabalama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə verdiyi rəydə qeyd olunub. 

Sənəddə qeyd edilir ki, bu zərərin orta aylıq məbləğinin 1,9-2 milyon manat, Tədbirlər Planında göstərilmiş aprel-may aylarında 3,8- 4 milyon manat təşkil etdiyi halda, “Azərişıq” ASC tərəfindən qeyri-əhali kateqoriyası üzrə istehlakın azaldılması hesabına gəlirlərin azalmasını (3,7 milyon manat), əhali kateqoriyasının bəzi hissəsinin ödənişdən imtina etməsi hesabına debitor borclarının (2,9 milyon manat) artmasını (məlumdur ki, bu halda işığa görə debitor borcu ləğv edilmir və sonrakı dövrlərdə ödənilməsi tələb olunur) hesablamalara daxil edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 08:30
Top