Bu ölkə də “Bayraktar”la silahlanır

DÜNYA 22 may 2021, 17:36
Polşa Türkiyədən 24 ədəd PUA alacaq.

Demokrat.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşak “24” radiosuna açıqlamasında deyib.

“Polşa əvvəllər heç belə avadanlığa sahib olmayıb. Ölkəmiz daha öncə Polşa ordusunun sahib olmadığı 24 ədəd PUA satın alınması məsələsində Türkiyə ilə apardığımız danışıqlar tamamlanıb”, - nazir bildirib.

Sözügedən müqavilə bazar ertəsi Polşa Prezidenti Andrey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq.

Bununla Polşa “Bayraktar TB2”ni alan ilk NATO ölkəsi olacaq.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top