Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq

İDMAN 21 may 2021, 11:42
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.

O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top