Bakı metrosunda həyəcan – Sərnişinlər qatardan boşaldıldı - VİDEO

HADİSƏ 27 dek 2018, 10:04

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

 

Demokrat.Az xəbər verir ki, metronun “Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq baş verib. Nəticədə qatardakı sərnişinlər “Memar Əcəmi” stansiyasında düşürdülüb.

 

Bu səbəbdən də stansiyada sərnişin sıxlığı və təşviş yaşanıb.

 

Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə saat 08:05-də baş verib.

 

"Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşınist təlimata uyğun olaraq sərnişinlərdən qatardan boşaldılmasını xahiş edib və qatar depoya göndərilib.

 

Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda “Nərimanov” stansiyasına qədər qatarların hərəkət qrafikində 2 dəqiqə gecikmə yaranıb. Sonradan interval bərpa olunub”, - deyə - Bəxtiyar Məmmədov bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top