Bakıda avtomobil qadını vuraraq xəsarət yetirdi

HADİSƏ 15 may 2021, 09:09
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Yusifova Şirin Məhərrəm qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil sümüyünün boyun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top