Müqəddəs Ramazan bayramı günlərində Şuşada keçirilən Xarıbülbül musiqi festivalını qürur və sevinc hissləri ilə izlədim. Üstün dəyərlərimizin ifadəsi olan çoxsaylı xalqların Azərbaycan Türkü ətrafında sıx birliyinin təntənəsini, indi musiqi ifasında dünyaya nümayiş etdirdik.
Bizə böyük şərəf verən bu fərqli etnik köklərin vahid musiqi çələngi faşist Ermənistana, dünya erməniliyinə və onların qərəzli himayədarlarına məncə, 44 günlük Zəfər qədər ağır və ölümcül zərbə vurdu. Vaxtilə sərxoş vəziyyətdə Cıdır düzündə yallı gedən ermənilərə çox saylı xalqlarımızın öz dili və musiqisi ilə “cavab atəşi” çox sarsıdıcı oldu. Bütün bu və buna bənzər layihələrin müəllifi olan Cənab Prezident İlham Əliyev ölkənin Birinci Vitse - Prezidenti Mehriban Xanım Əliyeva və qızları Leyla və Arzu Əliyeva ilə çox qürurlu və sevinc içərisində idi.
Tarixi qələbələri ilə bizə qürur yaşadan Zati - Aliləri, Cənab Prezident İlham Əliyevi və ailəsini Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Uca Tanrımızdan Prezidentimizə həmişə Zəfər taleyi yaşamağı diləyirəm. Uca Yaradanımız ona Şuşa qədər Zəngəzur zəfərini də qismət etsin! Amin!
Fəzail Ağamalı,
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.