“Həmas”ın İsrailə atdığı 130 raket zərbəsi nəticəsində bir avtobus partladı — Yaralılar var

DÜNYA 12 may 2021, 00:30
Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə atdığı raketlərdən biri avtobusu partladıb.

Demokrat.az
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, avtobus boş olduğundan itki qeydə alınmayıb.

Reuters-in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda isə bildirilib ki, Tel-Əvivə və İsrailin mərkəzinə doğru 130 raket zərbəsi endirilib.

Raket atəşləri nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top