Türkiyə səfiri Qubaya səfər etdi — FOTO

XARİCİ SİYASƏT 10 may 2021, 22:29
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.

Bununla bağlı xəbəri səfir öz “Twitter” hesabında paylaşım edib.

Səfir Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.

“1918-ci ildə 2000-dən çox insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kütləvi məzarlar 2007-ci ildə Quba şəhərində tapıldı. Eynilə Vandakı Zeve kəndi kimi”, - deyə səfir qeyd edib.

Soyqırımı memorialını ziyarət edən C.Bağcı şəhidlərin məzarını və Quba məscidini də ziyarət edib. 

“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top