İsrail-Fələstin qarşıdurmasında türkiyəli jurnalist yaralandı

DÜNYA 10 may 2021, 15:52
Əl-Əqsa məscidi ətrafında hücumlarını artıran İsrail polisi Türkiyənin “Anadolu” agentliyinin fotoqrafı Mustafa Harufu sinəsindən plastik güllə ilə yaralayıb.

Demokrat.az xəbər verir ki, mayın 7-də kürəyindən xəsarət alan KİV əməkdaşı bu dəfə hadisələri izləyərkən sinəsindən vurulub.

Harufdan başqa yaralanan digər mətbuat üzvlərinin də olduğu açıqlanıb.

Qeyd edək ki, agentliyin Yaxın Şərq və Şimali Afrika üzrə xəbərlər redaktoru Turqut Alp Boyraz İsrail polisi tərəfindən ayağından vurulmuşdu.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top