Masallıda avtomobil 5 yaşlı uşağı vurdu

HADİSƏ 10 may 2021, 09:09
Masallı rayonunda azyaşlının xəsarət allması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb. Avtomobil 2016-cı il təvəllüdlü Məmmədli Əli Bayram oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top