İradə İbrahimova: “Kompüterimiz, telefonumuz yox idi, amma xoşbəxt idik...”

ŞOU-BİZNES 08 may 2021, 23:53
"Biz 1960-1980-ci illərin arasında doğulan insanlar Allahın sevdiyi bəndələriyik. Həyatımız həqiqi bir dəlildir".

Demokrat.az
xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. 

Arxiv fotolarını yayımlayan sənətçi keçmişdəki həyat tərzi ilə indiki zamanı müqayisə edib:

"Məktəbdən sonra axşama qədər küçədə oynayardıq. Televizora demək olar ki, heç baxmazdıq. İnternet dostları ilə deyil, əsil dostlarla oynayardıq. Susadığımız zaman şüşə suyu deyil, bulaq suyu içərdik. Eyni stəkandan bir neçə rəfiqənin su içdiyi təqdirdə xəstələnməzdik. Tomatlı, kərə yağlı çörək yediyimiz halda kökəlməzdik. Yalın ayaq gəzərdik, amma heç nə olmazdı. Ana-atalarımız sağlam olaq deyə, bizə vitaminlər, tamamlayıcı qidalar verməzdi. Oyuncaqlarımızı özümüz düzəldər və oynayardıq.

Ailələrimiz varlı deyildi. Bizə var-dövlət deyil, sevgi verdilər. Mobil telefonlarımız, "PlayStation"larımız, kompüterlərimiz, internet söhbətlərimiz olmadı. Rəfiqələrimizin evinə getmək üçün dəvət almadıq. İstədiyimizdə gedirdik, onlarla birlikdə xoş zaman keçirib, yemək yeyərdik. Bütün qohumlarla iç-içə yaşayar, yaxın münasibətlərimiz olardı. Şəkillərimiz ağ-qara idi, amma rəngli xatirələrlə dolu idi. Biz özünəməxsus, başadüşən nəsilik, çünki biz valideynlərimizin sözünə baxan son nəsilik. "Bizim vaxtımızda biz beləydik" dediyimiz vaxtlara gəldik".

Qeyd edək ki, İ.İbrahimova ailə qurduqdan sonra Türkiyəyə köçüb. Onun iki övladı var.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top