Gürcüstanda koronavirusa yoluxanların sayı 320 mini ötdü

DÜNYA 08 may 2021, 21:17
Gürcüstanda son sutkada daha 1 564 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 693 nəfər müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 320 830, sağalanların sayı isə 299 500 nəfər təşkil edir.

Ötən 24 saat ərzində xəstəlikdən 18, ümumilikdə isə 4 263 nəfər vəfat edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top