Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olundu

DÜNYA 08 may 2021, 16:05
Ermənistan kütləvi informasiya vasitələrinin azərbaycanlılara qarşı şər-böhtanı tez ifşa olunub.

Demokrat.az xəbər verir ki, Ermənistanın Niderland Krallığındakı səfirliyi guya üç azərbaycanlının erməni vəkil Anna Akopyanı bıçaqlaması ilə bağlı yayılan yalanı təkzib edib.

Səfirlikdən bildirilib ki, Ermənistan KİV-də erməni vəkil qadının bıçaqlanması ilə bağlı yayılan məlumatın əsası yoxdur: “Bıçaqlanmış kimi şəkli yayılan qadın sağ-salamatdır. Onun bu məsələyə aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistan KİV-i erməni olduğu üçün üç azərbaycanlının Niderlandda Anna Akopyanı bıçaqladığına dair şayiə yaymışdı. Bu məlumat Krallığın rəsmi dairələri tərəfindən təsdiqlənməyib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top