Ermənistanda koronavirusa yoluxanların sayı 220 minə yaxınlaşır

DÜNYA 08 may 2021, 12:11
Ermənistanda son sutkada koronavirusa 411 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 219 092-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 225 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 204 121 nəfər sağalıb. Hazırda 9 708 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top