Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ


DİASPOR 07 may 2021, 23:49
Azərbaycanın Latviyadakı Səfirliyi bu ölkənin parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını kəskin şəkildə pisləyib.

Demokrat.az
xəbər verir ki, Səfirlikdən bildirilib: "Azərbaycan səfirliyi Birinci Dünya müharibəsinin nəticələri ilə əlaqədar Latviya Seyminin qərəzli bəyanatını qəti şəkildə qınayır. Bu bəyanatda bu hadisələr qondarma "erməni soyqırımı" kimi göstərilir və eyni zamanda tarixi hadisələri siyasiləşdirmək üçün türklərin, azərbaycanlıların, kürdlərin, yəhudilərin və digər millətlərin faciələrinə göz yumulur".

Xatırladaq ki, daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi də sözügedən qərarı pisləyib:

"Biz Latviyanın qondarma "soyqırım" barədə qərarını rədd edirik və tanımırıq" (trend).


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top