Bələdiyyələrin rüsum toplamağa səlahiyyətləri çatır? — VİDEO

SOSİAL 07 may 2021, 18:54
Evlərin qapılarına, binaların girişlərinə bələdiyyələr adından bildirişlər vurulur. Bildirişdə vətəndaşlardan əmlak vergisini ödəmək tələb olunur. Ödəmədikdə isə ötən hər gün üçün borcun 0,1 faizi məbləğində cərimə hesablanır. Gündəlik həyatlarında bələdiyyənin fəaliyyətini hər hansı formada hiss etməyən vətəndaşlar bunun nə vergisi olmasından xəbərsizdilər. 

Nə qədər qəribə olsa da, əmlak vergisi çıxarışı olmayan evlərdən də yığılır. Qanunvericiliyə görə, bu rüsum yalnız mülkiyyəti təsdiq edən sənəd, yəni “kupçası” olan əmlaklar üçün tətbiq edilir. Çıxarış olmadıqda həmin ev xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün vergi hesablana bilməz. 

Burada əsas qarışıqlıq yaradan məsələ bir tərəfdən bələdiyyələrin əmlak vergisi yığması, digər tərəfdən isə mənzil istismar sahələri, eləcə də mənzil tikinti korporativlərinin xidmət haqqı tələb etməsidir. Vətəndaş isə haqlı olaraq çaş-baş qalır ki, əgər əmlak vergisi ödəyirəmsə, nəyə görə əlavə ödəniş etməliyəm? Odur ki, vətəndaş qanunla vergisini hansı quruma ödəyirsə, həmin qurum da zəhmət çəkib insanların problemlərinin həllində fəallaşmalı, lazımi xidməti göstərməlidir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top