Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətə başladı


DÜNYA 06 may 2021, 23:34
Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Demokrat.az
-ın məlumatına görə, bunu baş konsul Mehmet Küçüksakallı öz "Twitter" səhifəsində yazıb.

M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top