"Space" TV-nin yeni rəhbərindən ilk AÇIQLAMA


GÜNDƏM 05 may 2021, 13:47
Xəbər verildiyi kimi, Ülviyyə Mikayılova "Space" televiziyasına yeni rəhbər təyin olunub.

O, vəzifəsini sabahdan icra edəcəyini bildirib: "Bu gün məni kollektivə təqdim etdilər. Sabahdan tanışlığa başlayacam".

"Televiziyada hansı dəyişiklikləri edəcəksiniz?" sualına Ülviyyə Mikayılova belə cavab verib: "Hələ ki, bilmirəm. İşlərlə tanış olum".

Qeyd edək ki, bir müddət əvvəl kanalın rəhbəri Vaqif Mustafayev vəzifəsindən çıxarılmışdı. Onu Kamil Şahverdiyev əvəz edirdi.

Xatırladaq ki, Ülviyyə Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.(teleqraf.com)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top