Qəbələdə qaz sobası partladı — ölən var

HADİSƏ 04 may 2021, 22:48
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən soba partlayıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S. Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadın xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top