Daha bir müəllim koronavirusun qurbanı oldu — FOTO

HADİSƏ 04 may 2021, 19:20
Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbin rus dili müəllimi Yeganə Əliyeva koronavirusdan vəfat edib.

Demokrat.az
qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

"COVID-19"a yoluxan 62 yaşlı müəllimin bu gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Y. Əliyeva M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1982-ci ildən əmək fəaliyyətinə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top