Hulusi Akar: “Azərbaycan Qarabağı azad edərək sülh və əmin-amanlığı təmin etdi”

QARABAĞ 04 may 2021, 11:42
“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.

O bildirib ki, Türkiyə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olub: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Üçüncü tərəflərin qonşu ölkələrimizlə olan mövzularda obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top