Azərbaycanda yeni doğulan uşağa Ölüdoğülan adı qoyuldu — FOTOFAKT

MARAQLI 29 apr 2021, 15:00
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Yeniavaz.com Ədliyyə Nazirliyindən verilən məlumata istinadən bildirir ki, oğlan uşaqlarına ən çox Əli adı qoyulub. Azərbaycanda ilin əvvəlindən ötən dövr ərzində 384 uşağa Əli adı verilib.

Bundan başqa bu il 370 uşağa Uğur, 369 uşağa Yusif, 366 uşağa Hüseyn, 259 uşağa isə Məhəmməd adı qoyulub.

Qız uşaqlarına isə ən çox Zəhra adı verilib. Ötən dövr ərzində 431 uşağa Zəhra adı qoyulub. Bundan başqa bu il 337 uşağa Zeynəb, 311 uşağa Aylin, 297 uşağa Mələk, 295 uşağa isə Məryəm adı qoyulub.

Onu da bildirək ki, bu il doğulan doğulan körpələrə qoyulan adlar arasında maraqlı və qəribə adlara da rast gəlmək olur. Belə ki, yeni doğulan qız uşağına Şuşa, oğlan uşağına isə Ölüdoğülan adı qoyulub.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top