Məktəb direktoru koronavirusdan vəfat etdi

SOSİAL 29 apr 2021, 10:40
Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.

Füzuli rayon Təhsil Şöbəsindən “Report”a bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Allah rəhmət eləsin!



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top