Xədicə İsmayıl koronavirusa yoluxdu

HADİSƏ 28 apr 2021, 19:45
Tanınmış jurnalist Xədicə İsmayıl koronavirusa yoluxub.

Demokrat.az-ın xəbərinə görə, COVID-19 infeksiyasına yuluxması barədə jurnalistin özü məlumat verib.

X.İsmayıl bunları qeyd edib:

"Yoluxmuşam. Hələ ki vəziyyət yaxşıdır. Müalicəyə başlamışıq (vitaminlər C+D+Zc, kardioaspirin, kleksan və favipiravir). Nə öskürək, nə qızdırma var. Saturasiya da qaydasında. 
Simptomlar: 
Burnumda danışıram, 
Soyuq tər
İybilmə yoxdur
Ümumi dadları (şirin, duzlu, turş) hiss edirəm, amma spesifik dadları yox. Məsələn, iki meyvə şirəsini gözübağlı fərqləndirə bilmərəm. (Mənim üçün ciddi itkidir) 
Özünüzü qoruyun".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top