Media nümayəndələri Azıx mağarasını ziyarət etdi

QARABAĞ 28 apr 2021, 19:19
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonun Azıx kəndində Azıx mağarasını ziyarət ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə açıqlamasında  qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur:

“Buradan aşkar olunmuş eramızdan 350-400 min əvvəl yaşamış qadının alt çənə sümüyü də bunu sübut edir. Mağarada Paleolit, Eneolit və Tunc dövrünə aid tarix nümunələri, arxeoloji qazıntılar aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanılıb, 1968-ci ildə qadın alt çənə sümüyü tapılıb. Çox təəssüf ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib”.

“Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur”, - deyə o əlavə edib./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top