Roza Dilarənin sinəsinə buz tökür, Dilarə isə... — Verilişdə biabırçılıq (VİDEO)

ŞOU-BİZNES 22 apr 2021, 17:36
Bir müddətdir sosial şəbəkələrdə tanınmış müğənnilər Roza Zərgərli və Dilarənin görüntüləri gündəm olub. 

Onların "YouTube"də yayımlanan "Ağ eləmə" verlişində qeyri-adi hərəkətləri maraqla qarşılanıb. Belə ki, həmin kadrlarda Roza Zərgərli Dilarənin sinəsinə buz tökür, Dilarə isə qulaq çöpü yalayır. Onu da qeyd edək ki, bütün bunlar verilişin formatına uyğun keçirilib. Həmin proqrama görə hər iki tanınmış tapşırıqları yerinə yetirib. Buna baxmayaraq sözügedən video kəskin tənqidlərə tuş gəlib.

Hətta şou biznes əhli də olaya susqun qalmayıb. Müğənni Günel Ələkbərova da məsələyə münasibət bildirib. 

Sherg.az xəbər verir ki, o videonu paylaşan səhifələrinin birində rəy yazaraq həmkarlarını tənqid edib:

"Belə də mundarlıq, iyrənçlik, ədəbsizlik yox da. Başları gedib".
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top