Rusiyalı rəssamın əl işləri Bakı binalarının fasadlarında sərgilənir — VİDEO

SOSİAL 22 apr 2021, 14:21
Üç il əvvəl Bakıda bir tikinti şirkəti “street-art” rəssamı Qeorgi Kurinova müraciət edərək, ona şəhərin mərkəzində bir neçə art obyekt yaratmağı təklif edib.

Qeorgi Kurinov isə təklifi məmnuniyyətlə qəbul edib:

“İl yarım ərzində layihə üzərində çalışdım, eskizlərdə istifadə olunan elementlər - milli musiqi aləti tar və ya geyimlər, Arxeologiya və Etnoqrafiya Muzeyi ilə razılaşdırılmışdı. Bəzi hallarda muzey tərəfindən fotolar və rəsmlər göndərilirdi. Azərbaycanın tarixini, ənənələrini araşdırmaq çox maraqlı idi”.

Rəssam deyir ki, binanın divarları yaxşı işlənibsə, bu rəsmlər 15-20 il qala bilər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top