Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat etdi


SOSİAL 21 apr 2021, 15:52
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.

Demokrat.az xəbər verir ki, o, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb.

Q.Həsənov 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə “Atasığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini və birinci müavini vəzifəsini tutub.

Allah rəhmət eləsin! (report.az)

Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top