Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı oldu — FOTOLAR

DAXİLİ SİYASƏT 20 apr 2021, 14:44
Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top