Şahzadə İngiltərə klubunu tərk etdi

İDMAN 17 aprel 2021, 22:35
Səudiyyə Ərəbistanı şahzadəsi Musaad ibn Xalid əl-Səud İngiltərənin "Şeffild Yunayted" klubunun Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hakim sülalənin nümayəndəsi şəxsi səbəblərini əsas gətirib.

Əl-Səud bu posta 2019-cu ilin sentyabrında 26 yaşında gətirilib və İngiltərə Premyer Liqası tarixində ən gənc klub rəhbəri olub.

Qeyd edək ki, hazırda "Şeffild Yunayted" 31 oyundan 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top