Əli Hüseynli: "Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı"

QARABAĞ 17 apr 2021, 13:03
ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Ə.Hüseyli bildirib ki, Azərbaycan bu məsələni əks-hücum əməliyyatları ilə həll etdi:

“Minsk qrupunun bundan sonra hansısa fəaliyyətlə məşğul ola biləcəyi sualına gəlincə isə yeganə fəaliyyət ondan ibarət ola bilər ki, onlar Erməistanı 10 noyabr sazişinin müddəalarını icra olunmasına təşviq etsinlər və bunu çəkinmədən etsinlər. Burada onların bir faydası ola bilər.

Münaqişə artıq mövcud deyil, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Mövcud olan bir sıra problemlər var və onların həlli üçün zamana ehtiyac var. Üçtərəfli bəyanata imza atan bütün tərəflər sənədin müddəalarına əməl etməlidir. Hal-hazırda ATƏT-in Minsk qrupunun görə biləcəyi yeganə faydalı iş yalnız bu ola bilər - Ermənistanı bu işləri sürətlə icra etməyə təşviq etmək”.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top