30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar

QARABAĞ 24 apr 2024, 17:55
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Demokrat.az xəbər verir ki, qonaqlar şəhəri gəzib, Həkəri Balıqçılıq Təsərrüfatına baş çəkiblər.

Burada konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, bu gün Laçında 30 ölkədən xarici ekspertlərin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində beynəlxalq konfrans keçirilib.

Tədbir iştirakçıları panel müzakirələri çərçivəsində Qarabağın dayanıqlı inkişafını müzakirə ediblər. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top