Minaya düşərək şəhid olan əsgərimiz dəfn edildi — YENİLƏNİB

QARABAĞ 16 apr 2021, 21:17
Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşərək yaralanan əsgəri və bu gün şəhidlik zirvəsinə ucalmış Bayramov İlkin Bayram oğlu dəfn edilib.

Mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb.

Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər.
11:45
Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.


Hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldğı xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top