Messi bir formasının əvəzinə 50 min doza “Sinovac” aldı

İDMAN 15 apr 2021, 21:30
“Barselona”nın ulduz futbolçusu Lionel Messi könüllü olaraq Cənubi Amerika futbolçuları üçün koronavirus peyvəndinin alınmasında köməklik göstərib. 

Bu barədə “The Guardian” nəşri xəbər verir.

Argentinalı hücumçu bu yay keçiriləcək Amerika Kuboku ərəfəsində bütün Cənubi Amerika futbolçularını peyvənd etmək kampaniyasında iştirak edib.

Argentinalı oyunçu çinin əczaçılıq şirkəti olan “Sinovac”a öz imzalı formalarını bağışlayıb və bundan sonra 50 min doza vaksin alınıb.

Qeyd olunur ki, razılaşma Uruqvay prezidenti Luis Lakal Pounun vasitəçiliyi ilə rəsmiləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top