Beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkında — FOTOLAR


XARİCİ SİYASƏT 13 apr 2021, 15:49
ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Demokrat.az xəbər verir ki, 15 ölkədən gələn 27 qonaq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərlə tanış olub.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev konfrans iştirakçılarına düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin tapılmış qalıqları barədə məlumat verib.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyn 2021, 13:46
Top