Polis vətəndaşın evinə kamera quraşdırıb? — DİN-dən açıqlama

HADİSƏ 12 apr 2021, 16:57
Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istimara məruz qalması haqda iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq: “Bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top