Salyanda əri ilə yol qəzasına düşən gənc qadının boynu sındı


HADİSƏ 12 apr 2021, 00:06
Bakı-Astara magistral yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü (ad və soyadı dəqiqləşdirilir - red) və həyat yoldaşı, sərnişin - 1992-ci il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı xəsarət alıblar.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Bağırovaya boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top