Uzun ildən sonra həllini tapan su problemi — VİDEO

SOSİAL 10 apr 2021, 10:40
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Muğanlı kəndinin sakinləri uzun illərdir ki su problemi yaşayırlar.

Baku TV xəbər verir ki, altı minə yaxın sakini olan kəndin əhalisi içməli suyun yoxluğundan əziyyət çəkir.

Sakinlər su ehtiyaclarını kəndin mərkəzində olan çeşmədən qarşılayırlar. Bu da su üçün uzun növbələrə səbəb olur. 

Uzun illərdən sonra soydaşlarımızın içməli su probleminin həllinə başlanılıb. Artıq kəndin dörd tərəfindən içməli su xəttinin çəkilişinə start verilib. Prosesin bir il ərzində tam yekunlaşacağı qeyd edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top