Bakı metrosunda gediş haqqı ilə bağlı YENİLİK

SOSİAL 06 apr 2021, 14:50
Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər.

Demokrat.az xəbər verir ki, bunu "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

"Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək", - deyə E. Məmmədov qeyd edib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top