Azərbaycanda partiya sədrinin müavini qəzaya düşdü — FOTO

HADİSƏ 05 apr 2021, 22:18
Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov qəzaya düşüb.

Demokrat.az
-ın xəbərinə görə, qəza nəticəsində A.Abdulkərimov və ailə üzvləri yüngül xəsarət alıblar.

"Qazaxdan Bakıya 450 km yol qət edəsən, evə çatmağa 2 km qalmış "Kamaz"ın qəzəbinə tuş gələsən. Allahın rəhmi, sürücünün peşəkarlığı sayəsində güclə xilas olduq. Zalım oğlu üstümüzdən keçəcəkdi. Avtomobilimizə ciddi ziyan dəysə də, mən və ailə üzvlərim yüngül xəsarətlə qurtula bildik. Sualım isə yol polisinə və aidiyyatı qurumlaradır. Bu "Kamaz"ın günün-günorta çağı şəhərin mərkəzində nə ölümü var" - A.Kərimov bildirib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top