Oğlunun itkisinə dözə bilməyən ata intihar etdi — VİDEO

HADİSƏ 05 apr 2021, 21:56
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə mərkəzinin Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisinə keçən hissəsində bir nəfərin batması barəsində məlumat daxil olub. 

Həmin şəxsin batdığı yerdə axtarışlar aparan FHN-nin kiçik həcmli gəmilərə nəzarət və Sularda Xilasetmə Dövtlət Xidmətinin dalğıc axtarış qrupları axtarışlara cəlb olunub. 

Saat 16:30-da həmin şəxsin meyidi batdığı yerdən 10 metr kənarda, sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının suda batan şəxsin Əsədli kənd sakini 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunu müəyyən edib. 

O intihar etməzdən əvvəl məktub yazıb.

Həmin məktubda bildirib ki, bir il əvvəl itkin düşən Ziya Abbasovun yoxluğuna dözə bilmədiyi üçün bu addımı atıb.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top