Neftçalada iki məktəbli bir neçə şəxs tərəfindən zorlanıb? — RƏSMİ AÇIQLAMA

KRİMİNAL 03 apr 2021, 15:00
Neftçalada iki məktəblinin bir neçə şəxs tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Demokrat.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi özünə məxsus səhifədə məlumat paylaşaraq iddia edib ki, Neftçala rayonunda 2 azyaşlı qıza qarşı təcavüz olub: "Bununla bağlı bildiririk ki, iddia əsassızdır və qərəzdən irəli gəlir. Qeyd edirik ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102 - Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib. Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna  göndərilib".

Z.Hüseynov qeyd edib ki, V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top