Bank deputat və qardaşını məhkəməyə verdi

İQTİSADİYYAT 02 apr 2021, 20:24
“Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib. 

Demokrat.az
xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir. 

İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib. 

İqbal Məmmədov həm də “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin qeyri-rəsmi sahibi kimi tanınır. /Hit.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top