Taksi qiymətlərinin artırılması qanunazidd deyil — RƏSMİ AÇIQLAMA


SOSİAL 01 apr 2021, 13:21
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram günlərində taksilərdə qiymət artımı ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Demokrat.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə, taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanunazidd əməl sayılmır: “Qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil. Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik”.
 
Qeyd edək ki, bayram günlərində ictimai nəqliyyat işləmədiyindən gündəlik xidmət sahəsində çalışan vətəndaşlar taksilərdən istifadə etmək məcburiyyətində qalıb. Tələbat çoxaldığından bəzi taksi sürücüləri gediş qiymətlərini artırıblar.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top