Eldar Əzizov Qarabağ qazisinə vəzifə verdi


GÜNDƏM 30 mar 2021, 14:56
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Demokrat.az
xəbər verir ki, Qarabağ qazisi Cavid Fərhadov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixdə imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmana edilən dəyişikliyə əsasən, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top