Fazil Mustafa: “Almaniya müharibədə Türkiyənin Azərbaycana dəstək verməsini həzm edə bilmir”

GÜNDƏM 30 mar 2021, 12:47
“Erməni qruplaşmaları Almaniya siyasətçilərini ələ almaq üçün müəyyən addımlar atırlar. Nəticədə isə Almaniyanın bu istiqamətdə yarıtmaz mövqe nümayiş etdirdiyinin şahidi oluruq”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, Almaniyanın Azərbaycandakı səfirinin işğaldan azad olunmuş bölgələrə getməməsi, müəyyən dərəcədə laqeyd münasibəti onu göstərir ki, bu, düşünülmüş addımdır: “Almaniyanın Azərbaycana qarşı bu cür münasibəti birbaşa vəzifə paylaşımı ilə bağlıdır. Əvvəlcə okeanın o tayından Fransanı bu məsələdə önə çəksələr də, Fransa hədsiz qərəzli mövqe göstərdiyinə görə estafeti Almaniyaya ötürdülər. Beləliklə, bu məsələ ilə Almaniya müstəqil yanaşması olan dövlət olmadığını ortaya qoydu. Digər tərəfdən isə Almaniya ilə Türkiyə arasında olan münasibətlərin də təsiri çoxdur. Çünki Almaniya bu müharibədə Türkiyənin Azərbaycana dəstək verməsini həzm edə bilmir”.

F.Mustafanın sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan öz haqlı davasını aparmalıdır: “Hansısa şəkildə Almaniyanın bu istiqamətdə qərəzli mövqeyinin aludəçisinə çervilməməlidir. Biz başa salmalıyıq ki, Azərbacanla yalnız dost olmaq mümkündür, çünki Azərbaycanla düşmənçilik siyasəti yürütmək Almaniyanın özü üçün də ziyanlıdır. Bütün məsələrdə olduğu ki COVAX-la bağlı yaşanan problemdə də əsas səbəb bunlardır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top