Deputat: "Bu versiyaları irəli sürənlər əxlaqsızlıqları dəstəkləyənlərdir"

GÜNDƏM 29 mar 2021, 17:10
“Bunu hansısa dövlət orqanının təxribatı kimi təqdim edənlər özlərinin xaricdə yaşayan bir sıra əxlaqsız tanışları tərəfindən başqalarının ailələrinə qarşı apardıqları kampaniyaları hesabdan silməməlidirlər. Çünki hər biri eyni mahiyyəti kəsb edən oxşar hadisələrdir”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Fazil Mustafa Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.

Deputat belə “fəaliyyətlərin” hər birini pislədiyini qeyd edib: "Bu addımların Dövlət Təhlükəsizliyi Xidməti ilə, ümumiyyətlə, iqtidarla birbaşa əlaqəli olması haqda versiyaları irəli sürənlərin özləri “Youtube” kimi sosial şəbəkələrdə bu cür əxlaqsızlıqları dəstəkləyənlərdir. Bu gün özünü müxalifət lideri adlandıran şəxslər öz qohumları, yaxınları vasitəsilə “youtube”da başqalarının ailələrini təhqir edirlər. Kimliyindən asılı olmayaraq, belə bir addımın atılması qeyri-əxlaqi davranışdır. Azərbaycanda bu “ənənə” ortadan qaldırılmalıdır. Guya kimlərsə süddən çıxmış ağ qaşıqdır, hər zaman dürüstdür, amma iqtidar elə deyil?! Bu yanaşma doğru deyil!”

 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top