Sabir Rüstəmxanlı: “Üzdə olan insanları övladları vasitəsilə mənəvi terrora məruz qoymaq doğru deyil”

GÜNDƏM 29 mar 2021, 14:31
"İstər sıravi vətəndaşın, istər prezidentin şəxsi həyatına müdaxilə tərbiyəsizlikdir".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı "Toplum TV"-yə belə deyib. 

Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim görüntüləri yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.

O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.

Sabir Rüstəmxanlı bunun milli birliyə zərbə olduğunu bildirib: "Kimə qarşı olmasından aslı olmayaraq belə hadisələri qətiyyətlə pisləyirəm. Hər bir ailədə uşaqlar 18 yaşından sonra şəxsi həyatını yaşayır. Üzdə olan insanları övladları vasitəsilə mənəvi terrora məruz qoymaq doğru deyil. Milləti millət edən böyük sevgi var, belə şeylərlə onu məhv edirlər". 

"Bu üsuldan yalnız müxalifətə qarşı istifadə etmirlər. Müxalifət də zaman-zaman vəzifəli şəxslərə qarşı söyüş, təhqirdən istifadə edir" - deputat belə deyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top