Emin Ağalarov şirkətini satdı


ŞOU-BİZNES 29 mar 2021, 14:34
Xalq artisti Emin Ağalarovla müğənni Bəxtiyar Əliyev (Bahh Tee) təsis etdikləri “Zhara Music” leyblını satıb.

Demokrat.az
xəbər verir ki, şirkəti “Warner Music Group” satın alıb. Bu barədə E.Ağalarov sosial şəbəkə hesabında məlumat verib.

“People Talk” teleqram kanalına görə, “Zhara Music” 25 milyon dollara satılıb.

Xatırladaq ki, “Zhara Music” 2018-ci ildə yaradılıb. Etiketdə Emin Ağalarov, HammAli və Navai, Rauf və Faik, Jony və bir çox populyar sənətçilər yer alıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top