"AFB Bank" qanunun tələbini kobud şəkildə pozur

MALİYYƏ 29 mar 2021, 14:12
"AFB Bank" "Banklar haqqında" qanunun tələbini kobud şəkildə pozur.

Tələbin pozuntusunu Index.az aşkarlayıb.

Bankın rəsmi saytında yer alan məlumatlara əsasən, Müşahidə Şurasında iki nəfər təmsil olunub. Müşahidə Şurasının sədri Elnur Qurbanovdur, Viladi Maniyev isə üzvdür.

Halbuki, "Bankın haqqında" qanuna əsasən, bankların Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinin sayı 3 nəfərdən az olmamalı və tək sayda olmalıdır.

İdarə Heyətində də iki üzv yer alıb. Orxan Xubanlı sədrdir, onun müavini isə Lalə Quliyevadır.

Məsələ ilə bağlı "AFB Bank"dan Index.az-ın sorğusuna cavab verilmədi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top